‘General Motors’ ilk elektrikli velosipedini buraxıb

0

Amerikanın tanınmış avtomobil şirkəti (ARİV) olan General Motors, ilk dəfə olaraq elektrikli velosiped üçün sifariş almağa başlayıb. O, ARİV adını almış və üç aylıq “crowdsourcing” kompaniyasından sonra satışa buraxılacaqdır.

Banker.az bildirir ki, velosipedi bir sıra Avropa ölkələrinidə əldə etmək mümkün olacaq: Almaniya, Belçika və Hollandiya.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Velosipedin iki modeli olacaq: ultra kompakt Meld və qatlanan Merge. Məlumdur ki, onların maksimal sürəti 25 km/s təşkil edir, içərisindəki mühərrik isə təkcə pedalları hərəkətə gətirməyə kömək edəcək. Beləliklə, hələ də ayağınızı hərəkət etdirmək məcburiyyətində olacaqsınız. Buna baxmayaraq, yeni velosiped sizi çox yorulmağa qoymayacaq və bunun sayəsində daha uzaq məsafələri qət edə biləcəksiniz. Batareya tutumu 64 kilometr məsafəni getmək üçün kifayət edir.

Velosipedlərin qiyməti olduqca yüksək olacaq: 2800 avro kiçik velosiped, 3400 avro isə böyük velosipedin qiymətidir.  Yəni, söhbət premium seqmentinə daxil olan  texnikadan gedir. Daha ucuz nümunələrdə Bluetooth və digər bir sıra əlavələr olmayacaq.