13 C
Baku
Friday, May 17, 2024

George Carver – araxisdən partlayıcı yaradan şəxs

George Washington Carver – məşhur amerikalı alim, bioloq, maarifçi idi və o ilk dəfə olaraq araxisdən partlayıcı maddə yaratmağı öyrənmişdi.

20-ci əsrin əvvəllərində amerikalı fermerlər əsas olaraq pambıq becərirdilər. Pambıq məhsulu zərərverici həşəratlarla məhv edildikdə George Carver fermerlərə kömək məqsədilə pambığın daha perspektivli araxis, soya və batat ilə əvəz edilməsi üçün strategiyalar yaratmışdı. 

Carver öz ideyalarının populyarlıq qazanması üçün üzərində araxis və batatdan hazırlanan yemək reseptləri qeyd olunmuş məlumat vərəqələri çap etdirirdi. George istəyirdi ki, fermerlərin kasıb təbəqəsi pambığa alternativ bitkilər becərməklə öz ailələrini doyura bilsinlər və məhsulu emal üçün imkana sahib olsunlar.

Bunun  üçün Carver araxis əsaslı yüzlərlə məhsul kəşf etmişdi. Bu məhsullar sırasına kosmetika, boyalar, plastik, bioyanacaq, linoleum, mayonez, kağız və rezin də daxil idi. George Carver hətta araxisdən dinamitin əsas tərkib hissəsi olan nitroqliserin də yaratmışdı.

George Carver-in həyatından əsas faktlar:

Carver qul şəraitində doğulub. Onun valideynləri 1855-ci ildə qul qismində 700 dollara alınmışdılar.

George cəmi 1 həftəlik körpə olduqda quldurlar onu bacısı və anası ilə birgə oğurlayır və yenidən qul kimi satırlar.

Carver araxisdən hazırlanan 105 yemək resepti yaratmışdı.

 1941-ci ildə Time jurnalı Carveri “Qara dərili Leonardo” adlandırmışdı.

1943-cü ildə prezident Ruzvelt George Carverin heykəlinin yaradılması üçün 30 min dollar vəsait ayırmışdı. Bu ABŞ ərazisində afro-amerikalıya həsr edilmiş ilk heykəl idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər