24 C
Baku
Monday, April 29, 2024

Gerard Merkator kimdir?

Flamandiyalı məşhur çoğrafiyaçı və xəritəşünası Gerard Merkatorun əsl soyadı Kremerdir. “Merkator” onun adının latın dilinə tərcümə edilmiş formasıdır. “Kremer” holland dilində “tacir” mənasını verir.

Merkator əla və ciddi təhsil aldıqdan sonra coğrafiyaşünas olaraq işləməyə başlayır. O dövrdə coğrafiyaşünaslar ixtisaslı şəxslər olmalı idilər. Çünki onlar tək nəzəriyyə ilə deyil, həm də praktiki işlə – qlobusların və dənizçilər üçün avtronomik cihazların hazırlanması ilə məşğul idilər. Bundan başqa onlar xəritələr də tərtib edirdilər. Beləliklə, Merkator “bütün bunların hamısını bacarırdı”. Əli kimi onun ağlı da fərasətli idi. Axı o Flandriyanı heç vaxt tərk etmədən belə məşhur xəritələr yaratmışdı. Merkatorun həyatındakı ən uzaq səfəri isə Misirə olmuşdu.

CEM-15-Asia-Mercator-1595-Russia-2533

Merkatorun “şah əsəri” 1537-ci ildə yaratdığı Fələstini 6 səhifəlik xəritəsi olur. Bir çox digər xəritələrin əsas mənbəyi kimi bu xəritənin də mənbəyi ilk növbədə qədim coğrafiya kitablarından toplanmış məlumatlar idi. İkinci mənbə isə dənizçilərin dəqiqliklə söylədikləri məlumatlar idi. Dənizçilər nəinki bir çox şeyi, hətta ərazinin uzunluq və enini də dəqiqliklə deyirdilər. Lakin bütün bunlara baxmayaraq 16-cı əsrə məxsus xəritələrinin dəqiqlik səviyyəsi bir o qədər də yüksək deyildi. Bu zaman ərazinin eni, uzunluğundan daha dəqiq olaraq göstərilirdi.

Gerard Merkator 1538-ci ildə dünya xəritəsini çəkir və bu zaman bir çoxlarının varlığına şübhə ilə yanaşdığı cənub qitəsinin konturlarını vermişdir.

Lakin Merkatora dünya şöhrətini 1585-ci ildə yaratmağa başladığı dünya ölkələrinin xəritəsi qazandırdı. Belə bir xəritə toplusunun ilk vərəqində çiyinlərində Yür kürəsini tutan və ətrafa baxan Atlant təsvir edilmişdi. Kitabın adı o dövrlərin adətinə uyğun olaraq çox uzun idi. Lakin oxuyucular onun adını qısaldaraq “Merkatorun atlası” formasına salırlar. Bundan sonra isə bütün kartoqrafik toplular atlas adlandırılmağa başlayır. Merkatorun atlasları sayəsində dənizçilər naviqasiya haqqında, sahillərin uzaqlığı, yaxınlığı barədə düzgün məlumatlar əldə etdilər.

Ən maraqlısı isə odur ki, Merkator hələ 500 ildən çox uzun bir müddət bundan öncə hazırda alimlərin və astronavtların araşdırdığı Mars planetinin proyeksiyasını vermişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər