16 C
Baku
Saturday, April 20, 2024

“Gilan Holding”ə investisiya qoyulub – Bu il iki dəfə kapitalını artırıb

«Gilan» MMC bu il ikinci dəfə nizamnamə kapitalının həcmini artırıb.

İndi şirkətin nizamnamə kapitalı 0,5 mlrd. dollara yaxınlaşır.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bu yaxınlarda “Gilan” MMC-nin nizamnamə kapitalı 395 850 678 manatdan 763 066 044 manata qədər artırılıb.

Halbuki, bu ilin əvvəlində nizamnamə kapitalı cəmi 22 182 402 manat təşkil edirdi. Şirkətin nizamnamə kapitalının artırılmasının birinci mərhələsi iyunda baş verib. Xatıladaq ki, bu il fevralın əvvəlində «Gilan» MMC «AFB Bank» ASC-də nominal qiyməti 70 mln. manata bərabər olan 99,64% səhm payını satıb.

Paralel olaraq «Gilan Holding» MMC-nin də nizamnamə kapitalı artırılıb. İndi şirkətin nizamnamə kapitalında 4000 manat əvəzinə (2019-cu ilin avqustuna qədər) 98 483 064 manat var. Həmçinin holdinqin iki aparıcı strukturunun da (“Benkons” MMC və “United Enterprises Azərbaycan” MMC) kapitalı bir neçə milyon manat artırılıb.

Xatırladaq ki, bu ilin fevral və aprelı aylarında dövlət reyestr məlumatlarına “Gilan” MMC və “Gilan Holding” MMC barədə dəyişikliklər edilib.

2013-cü ilə olan açıq məlumatlara əsasən, «Gilan»da Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən “Sahra” FZCO və “Shams Al Sahra” FZCO şirkətləri vasitəsilə 50/50 nisbətdə Tale və

Nicat Heydərovlar paya sahibdir.

Şirkətin aktivlərinə Azərbaycan ərazisində və ölkədən kənarda sayı təqribən 300-ə çatan müəssisə və daşınmaz əmlak daxildir.

©Turan

Son xəbərlər
Digər xəbərlər