9 C
Baku
Thursday, December 12, 2024

Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi – “Bank VTB (Azərbaycan)”

Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Tələblər:

iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
analoji sahə üzrə ən azı bir illik iş təcrübəsi;
risk-menecment, bank kreditləşdirilməsi sahəsində biliklər;
daşınmaz əmlak bazarının konyunkturası və onun xüsusiyyətlərinə, girov əmlakının monitorinqi proseslərinə, onun məqsəd və vəzifələrinə bələd olma;
qiymətləndirmə fəaliyyətinin milli və beynəlxalq standartlarına bələd olma;
Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununa, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
rus və Azərbaycan dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
MS Office proqramında peşəkar səviyyədə işləmək bacarığı;
məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

Vəzifələri:

girovun dəyərinin qiymətləndirilməsi, əmlaka baxış;
müstəqil qiymətləndirmə şirkətləri tərəfindən təqdim edilmiş hesabatların təhlili;
bankın kredit komitəsinə təqdim etmək üçün təminatın girov dəyəri haqqında rəyin tərtib olunması;
girov portfelinin idarə edilməsi, onun reallaşdırılması üzrə işin təşkili, xüsusilə:
girov əmlakının yoxlanılma qrafikinin tərtib edilməsi;
girov əmlakının yoxlanılması qrafikini icrasına dair hesabatların tərtib edilməsi;
girovların analitik bazasının aparılması;
rəhbərliyin tapşırıqlarının icrası.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Son xəbərlər
Digər xəbərlər