27 C
Baku
Saturday, July 27, 2024

“GL” ASC-nin yeni səhmləri üçün 1 investor sifariş verib

11 may 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin AZ1002020282 dövlət qeydiyyat nömrəli 50 min 125 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

BFB-nin yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 2 005 manat qiymətindən 1 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,125 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 50 min 125 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər