10 C
Baku
Thursday, December 12, 2024

“Global Mining” şirkəti “AzerGold”dan 72 milyon manatlıq sifariş aldı

“Azergold” QSC “Global Mining” MMC ilə 72 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki,müqavilədə “AzerGold” QSC-nin istifadəsində olan və Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə mədən partlatma və filiz süxurlarının daşıma, həmçinin inzibati kampın hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 71 984 972 manatdır.

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Onu da qeyd edək ki, “Global Mining” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Əflatun Kərimovdur.

Son xəbərlər
Digər xəbərlər