ABŞ-ın “Global Payments” və “Total Systems Services” ödəniş xidmətləri birləşməyə razılıq veriblər.
Banker.az bildirir ki, bu xəbər, mayın 28-də çərşənbə axşamı günü, Bloomberg və CNBC daxil olmaqla, Amerika mətbuatı tərəfindən verilmişdir. Müqavilənin şərtlərinə görə “Global Payments”, “Total Systems” şirkətinin səhmdarlarına 21,5 milyard dollar ödəyəcək. Xidmətlərin birləşməsinə dair rəsmi məlumat artıq bu gün yayımlayacağı gözlənilir.
Bütün məbləğ səhmlər şəklində ödəniləcək, “Global Payments” yeni şirkətdə 52%, “Total Systems” şirkətinin səhmdarı isə 48% paya sahib olacaqlar. Birləşdirilmiş şirkətin dəyəri təxminən 40 milyard dollar təşkil edəcək. Mənbələrə görə, yeni şirkətin baş icraçı direktoru “Global Payments”-in hazırkı direktoru Jeff Sloan olacaq, “Total Systems” şirkətinin direktoru Troy Woods isə direktorlar şurasına rəhbərlik edəcək.
“Global Payments” riteylerləri müxtəlif ödəniş alətləri ilə təmin edir, “Total Systems” isə banklar üçün ödəniş kartı ilə bağlı olan xidmətlərin təchizatçısıdır. İki şirkətin ümumi gəliri ildə 8 milyard dollar təşkil edəcək, işçi heyəti isə 24 min insandan ibarət olacaq.
“Global Payments” və “Total Systems” ödəniş xidmətlərinin birləşməsi – ödəniş xidmətləri bazarında üçüncü ən böyük əməliyyatdır. Daha əvvəl yanvar ayında “Fiserv” və “First-Data” şirkətlərinin, mart ayında isə “Fidelity National Information Services” və “Worldpay” in birləşməsinə dair müqavilələr imzalanmışdır.