Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti GoldenPay-in gələcək inkişafı ilə bağlı bu gün bir neçə mühüm qərar qəbul edib. Belə ki, bu gündən etibarən, Fərid İsmayılzadə GoldanPay-ın İdarə Heyətinin sədri kimi cari idarəetmə ilə deyil, Müşahidə Şurasının üzvü kimi strateji idarəetmə və inkişaf işlərində fəaliyyət göstərəcək.
Bu barədə İdarə Heyətinin sədri olan Fərid İsmayılzadə özü sosial şəbəkədə açıqlamasında deyir.
F. İsmayılzadə yeni təyin olunan İdarə Heyəti sədrinin adını açıqlayıb: “İdarə Heyəti sədri vəzifəsinə isə çox etibar etdiyim Naina Mehdiyevanı təyin etdik. Naina xanım şirkətdə 11 ildir işləyir və onun inkişafında müstəsna rolu olmuşdur. O bu günədək əməliyyatlar sahəsinə cavabdeh şəxs və İdarə Heyəti sədrinin birinci müavini olub.”
Bundan əlavə Elvin Mirzəyevin də, İdarə Heyəti üzvü vəzifəsini tərk etdiyi və yerinə ABŞ-da və Türkiyədə aparıcı şirkətlərdə çalışmış Tuğba Ucar təyin olunub. T. Ucar Türk Telekom, TTNET və digər tanınmış şirkətlərin marketinq və məhsulların inkişafı bölmələrində aparıcı vəzifələrdə işləyib. Hazırda isə GoldenPay-də İdarə Heyəti üzvü kimi məhsulların inkişafı və marketinq sahələrinə cavabdeh olacaq.
Mahammadiya Abdurahimov isə İdarə Heyətinin digər üzvü kimi Texniki işlərlə məşğul olmağa davam edəcəkdir.
“Əziz dostlar, bu dəyişikliklər GoldenPay-in idarəetmə komandasını daha da gücləndirəcək. Biz yaxın vaxtlarda Sizi yeni imkanlar və daha böyük nailiyyətlərlə sevindirəcəyik.” – deyə sonmüraciətində deyir.