25 C
Baku
Saturday, July 27, 2024

“GoldenPay”in xalis mənfəəti kəskin böyüdü

Azərbaycanda fəaliyyət göstərən ödəniş xidmətləri sistemi “QoldenPey” ASC-nin (GoldenPay) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, audit hesabatı “RSM Azerbaijan” audit şirkəti tərəfindən aparılıb.

“Hesab.az” platformasının sahibi 2020-ci il ərzində 5 milyon 310 min manat (+32%) gəlir əldə edərkək, 3 milyon 56 min manat (+38%) xidmət üzrə xərclər çəkib. Nəticədə, ümumi mənfəəti illik müqayisədə 12% artımla 2 milyon 254 min manat təşkil edib.

“GoldenPay” 2020-ci ildə inzibati xərclərini 18% azaltmaqla 1 milyon 93 min manata qədər azaldıb. Əlavə olaraq 207 min manat qeyri-maddi aktivlərinə silinmələr edib.

Beləliklə, 2020-ci ildə 941 min manat vergidən əvvəl mənfəət əldə edib. Buradan 226 min manat mənfəət verigisi ödəmiş və xalis mənfəəti 715 min manat təşkil etmişdir.

3213123132131313113123

Son xəbərlər
Digər xəbərlər