10 C
Baku
Wednesday, December 11, 2024

Goldman: “böyük nefti” uğurlu bir il gözləyir

Banker.az xəbər verir ki, Goldman Sachs ekspertlərinin proqnozlarına görə, yeni gələn 2018-ci il neft kəşfiyyatı ilə bağlı bahalı layihələrin maliyyələşdirilməsi və investorlara dividentlərin ödənilməsi üçün sərbəst pul vəsaitlərinin artması fonunda yeni gələn 2018-ci il “böyük neft” üçün kifayət qədər uğurlu olacaq.

Ekspertlərin proqnozlarını nəşr edən Bloomberg agentliyinə əsasən, Royal Dutch Shell və Exxon Mobil kimi dünyanın nəhəng neft şirkətləri 2018-ci ilin əvvəlində daha yüksək neft qiymətlərinə ümid edə bilərlər.
Üç ildir neft qiymətlərinin aşağı olması ucuz texniki qərarlara malik kiçik istehsalçıların sahənin nəhəng şirkətləri ilə rəqabətini mümkünsüz edib. Bu, qlobal energetika oyununda transmilli şirkətlərin dominantlığını gücləndirib.

OPEC və nəhəng neft istehsalçı ölkələrin neft hasilatının azaldılması ilə bağlı müqavilənin müddətini 2018-ci ilin sonuna qədər uzatması, həmçinin müqavilənin davam etdirilməsini iyun ayında müzakirə etməyə qərar verilməsi gözlənilməz gərginlik riskini azaldır. Bununla belə, investorların narahatlığı olması gərəkəndən daha yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər