Amerikanın “Goldman Sachs” bankı müştərilərinə bitkoin məzənnəsindəki dəyişikliklərdən qazanc əldə etməyə imkan verəcək.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yeni məhsul – iki tərəfin əməliyyatın tarixi və qiyməti haqqında əvvəlcədən razılaşdıqları fyuçers müqaviləsidir.
Bank Çikaqo ticarət birjası (CME) fyuçersləri ilə əməliyyatları “Cumberland DRW” şirkəti vasitəsilə həyata keçirməyi planlaşdırır. Verilən məlumata görə, “Goldman Sachs”ın bəzi müştəriləri bu alətə keçən ay giriş əldə ediblər.
Daha əvvəl bu ilin ikinci rübündə bankın müştərilərinə kriptovalyutalara investisiya edə biləcəklər məlum olub.