3 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs” koronavirusun yayılmasından irəli gələn itkiləri hesabladı

2020-ci ildə dünya ÜDM-un artım tempi 0,1-0,2 faiz punktu aşağı düşəcək.

Banker.az xəbər verir ki, bu haqda “Goldman Sachs” ın proqnozuna istinadən “Financial Times” məlumat verib.

Bankın qiymətləndirmələrinə görə, dünya ÜDM-nun artım tempi 3,25% təşkil edəcək. Xatırladaq ki, ötən ildə bu göstərici 3,1% olmuşdur.

“Goldman Sachs” ın aparıcı iqtisadçısı Yan Harsius (Jan Hatzius) qeyd edir ki, ikinci rübdə koronavirusun qarşısı alınmasa dünya ÜDM 0,3 faiz punktu itirə bilər.

“Dünya ÜDM-nun artım tempini bərpa etmək üçün 2021-ci ili gözləməli olacağıq”, – rəhbər bildirib.

Bankın verdiyi məlumata görə, koronavirusun yayılmasından irəli gələn itkiləri ikinci rübdə kompensasiya etmək mümkün olmayacaq.

Xatırladaq ki, 2019-cu il dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzində (Uhan şəhəri) naməlum sətəlcəm xəstəliyinin yayılması haqqında məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatı məsələ ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib

Son xəbərlər
Digər xəbərlər