22 C
Baku
Thursday, May 9, 2024

“Goldman Sachs”: Neft, qaz, kömür, mis, alüminium – hər şey tükənib

“Goldman Sachs” dünyada xammalla bağlı vəziyyəti “hər şey tükənib” ifadəsi ilə təsvir edib, çünki əmtəə bazarındakı fyuçerslər rekordları qırır. Bankın xammal tədqiqatları şöbəsinin rəhbəri Ceff Karri hesab edir ki, mövcud vəziyyət tipik deyil və alıcıların malın dəyərindən artıq ödəməyə hazır olduqlarını göstərir.

“Mən 30 ildir ki, bu işlə məşğulam və heç vaxt belə bazar görməmişəm. Neft, qaz, kömür, mis, alüminium – hər şeyimiz tükənib”, – deyə mütəxəssis qeyd edib.

“Brent” markalı neftin fyuçersləri bu fikri tam təsdiqləyir. Belə ki, fevralın 4-ü keçirilən hərracda bir barelin qiyməti son səkkiz ildə ilk dəfə 93 dolları ötüb. Ümumiyyətlə, 2022-ci ilin əvvəlindən neft 20% bahalaşıb. Bu, dünyada tədarük çatışmazlığı və yanacağa tələbatın bərpası ilə bağlı olub.

Dekabrın əvvəlində investisiya bankının analitiki Kristofer Vud bildirib ki, koronavirus məhdudiyyətləri aradan qaldırılsa, neftin qiyməti 150 dollara qədər yüksələcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər