Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Goldman Sachs Group Inc WTI markalı neftin orta qiyməti ilə bağlı üç aylıq proqnozunu 1 barrel üçün 47,50 dollara qədər pisləşdirib. Əvvəl bu göstəricinin 1 barrel üçün 55 dollar olacağı gözlənilirdi.
Bankın analitikləri Jeff Currie və Damien Courvalin-in fikrincə Liviya və Nigeriyada şist neft hasilatının artımı və nəhəng istehsalat səviyyəsi 2017-ci ildə neft ehtiyatlarının azalmasını ləngidəcək.
Onların proqnozuna əsasən, ABŞ-da üfüqi qazma qurğularının sayı azalmadıqca, ehtiyatların azalması sürətlənmədikcə, və yaxud OPEC təşkilatı hasilatın azaldılması ilə bağlı əlavə tədbirlər görməsə neft qiymətləri 1 barrel üçün 45 dollar göstəricisi ətrafında olmayacaq.
Analitiklər həmçinin qeyd edib ki, neft ehtiyatı səviyyəsini normallaşdırmaq üçün OPEC neft hasilatını Liviya və Nigeriyanın hasil etdiyi neft həcmindən daha çox azaltmalıdır.