13 C
Baku
Friday, April 26, 2024

Gömrük Akademiyasının yeni binası tikiləcək

2009-ci ildən bakalavriat pilləsi üzrə ixtisasların sayı azaldılaraq 700-dən 140-a endirilib. Onların arasında gömrük işi ixtisası da var.

 Bunu Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov bildirib.

Akademiya rəisi bildirib ki, həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırılıb: “Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə Akademiya yaradıldı və 2014-cü ildə fəaliyyətə başladı”.

Q.Novruzov qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

“Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, aidiyyəti orqanlar bu işə konstruktiv yanaşacaq. Bu günün gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan kadrlardan köklü sürətdə fərqlənir”.

Akademiyasının rəisi, həmçinin bildirib ki, akademiyanın yeni binası da tikiləcək:

“Dövlət Gömrük Komitəsi söz verib ki, yaxın bir ildə bizi yeni bina ilə təmin edəcək”.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər