6 C
Baku
Monday, December 16, 2024

Gömrük Komitəsi və Vergilər Nazirliyi Maliyyə Nazirliyinin tərkibində olmalıdır – [BLOQ]

Gömrük Komitəsi və Vergilər Nazirliyi Maliyyə Nazirliyinin tərkibində olmalıdır. Səbəb çox sadə hər iki orqan Maliyyə Nazirliyinə hesabat verirlər. Beynəlxalq təcrübə də bu iki orqan Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Uzağa getməyək, qonşu Gürcüstana nəzər yetirək. Orada hər iki orqana Maliyyə Nazirliyi nəzarət edir yəni Maliyyə Nazirliyinin tərkibində fəaliyyə göstərən idarə statusunu daşıyır. Bu həmdə büdcə vəsaitlərinin qənaət edilməsinə, eləcə də idarəçilik sisteminin rahat işləməsi deməkdir.

1990-cu ildə Azərbaycan Maliyyə Nazirliyinin tərkibində Dövlət Vergi Xidməti orqanı yaranmışdır. 1991-ci ildə Dövlət Vergi Müffətişliyi kimi fəaliyyət göstərib və sərbəst şəkildə 11 fevral 2000-ci ildə Müfəttişlik ləğv olunaraq onun əsasında Vergilər Nazirliyi yaranır. Dövlət Gömrük Komitəsi 1 yanvar 1992-ci ildə yaranıb. Göründüyü kimi, gömrük orqanı müstəqil fəaliyyət göstərsə də, vergi orqanı Maliyyə Nazirliyinin tərkibində fəaliyyə göstərib.

Müəllif:
Rauf Qarayev,
İqtisadçı-ekspert


Məqalədə yazılanlar ekspertin müstəqil fikridir. Yazıdakı fikirlər saytın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Son xəbərlər
Digər xəbərlər