2023-cü ilin 11 ayında gömrük xətti ilə büdcə daxilolmaları 12.4% artaraq 5 milyard 718 milyon manata çatıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 495 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 978 milyon manat, aksizlər üzrə daxilolmalar 205.91 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 39.26 milyon manat təşkil edib.