9 C
Baku
Friday, December 13, 2024

Gömrükdə malların bəyan edilməsi qaydaları dəyişdi

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən keçirildikdə, müvafiq icazə sənədləri tələb olunur.

Dəyişikliyə əsasən, buraya insan orqan və toxumaları aid edilimir.

Bununla yanaşı, transplantasiya məqsədilə insan orqan və toxumaları idxal və ya ixrac edildikdə bu Qaydaların 2.5.1-ci yarımbəndində göstərilən sənədlərin əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın 3.11-ci bəndinə müvafiq olaraq gömrük orqanları tərəfindən transplantasiya məqsədilə insan orqan və toxumalarının idxalına və ixracına xüsusi icazə verilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin qərarının mövcudluğu yoxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər