10 C
Baku
Thursday, December 12, 2024

Gömrüklə bağlı qəbul edilən qərar sahibkarlara faydalı olacaq? – Ekspertdən rəy

Bir vaxtlar meşələrdən meyvə, giləmeyvə, göbələk vətəndaşların haqq ödəməsi kimi qəbul olunan və sonradan ləğv edilən qərara Gömrük Komitəsi Nazirlər Kabineti göndərdiyi və NK təsdiq etdiyi qərarda əl atıb. Beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi.

Ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.

Xaricə gedib özünüzə və ailənizə ümumi dəyəri 800 artıq mal alsanız, digər artıq hissəsini VÖEN-li şəxsin adına rəsmiləşdirməlisiniz. Məhdudiyyətlə niyə görədir? Gömrük Komitəsi bunu kiçik biznesə töhvə kimi qiymətləndirir. Amma əksinə bu mikro, kiçik sahibkarlığın məhvinə gətirib çıxaracaq. Bundan əlavə vətəndaşların narazılığı sərhədlər tam açılanda hiss olunacaq. Hələ ki, pandemiya dövrüdür bunun ağırlığı hiss olunmur. Gömrük Komitəsi bundan istifadə edib, NK-ya təklif göndərir. Üstəlik Belorusiyanı, Rusiyanı misal çəkir. Rusiyada Belorusiyada zavod və fabriklər ölkəyə baxanda tam gücü ilə işləyir. Yəni onların idxaldan asllığı bizim ölkə kimi deyil. Eləcə də Avropa ölkələrinin. Əsaslandıranda ölkədə olan vəziyyəti də nəzərə alın. Müqayisəni etməmişdən əvvəl, göndərdiyiniz təklifi dərindən təhlil edin.

İqtisadçı-ekspert Rauf Qarayev.

Son xəbərlər
Digər xəbərlər