“Google” hesablama gücü çatışmazlığı səbəbindən “Meta”nın “Gemini”yə çıxışını məhdudlaşdırıb

“Google”Meta”ya bildirib ki, şirkət “Gemini”dən istifadə üçün tələb olunan hesablama gücünü təmin edə bilməyəcək. Bu barədə mənbələrə istinadən “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, məhdudiyyətlər “Google”un digər müştərilərinə də təsir edib. Lakin “Google” modellərinə yüksək tələbat səbəbindən “Meta” bundan xüsusilə ciddi zərər çəkib.

FT-nin həmsöhbətlərinin sözlərinə görə, məhdudiyyətlər 2026-cı ilin mart ayından qüvvədədir. Bu səbəbdən “Meta” bəzi daxili süni intellekt layihələrinin icra müddətini təxirə salmağa məcbur olub. Şirkət həmçinin əməkdaşlardan tokenlərdən daha səmərəli istifadə etməyi xahiş edib.

“Gemini” modellərindən “Meta”da məzmun moderasiyasının avtomatlaşdırılması, dəstək botları və daxili inkişaf alətləri üçün istifadə olunur. Bu məqsədlər üçün şirkət həmçinin “Anthropic” modellərindən yararlanır.

Mənbələrin bildirdiyinə görə, son vaxtlar “Meta” üçüncü tərəf təchizatçılarından asılılığı azaltmaq məqsədilə özünün “Meta Spark” modelindən daha fəal istifadə etməyə başlayıb.

2025-ci ilin iyulunda “Meta”nın baş direktoru Mark Zuckerberq şirkətin “Meta Superintelligence Labs” üçün öz məlumat emalı mərkəzlərinin tikintisinə “yüz milyardlarla dollar” sərmayə yatıracağını bəyan etmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər