20 C
Baku
Tuesday, May 28, 2024

“Google” 2022-ci ilin ən yaxşı tətbiq və oyunlarını açıqlayıb

“Google” son bir ildə Android üçün ən yaxşı mobil proqramların siyahısını dərc edib. Reytinqdə yükləmələrin sayına görə “Play Market”in liderləri daxil olub. Beləliklə, ilik ən yaxşı tətbiqi “Dream by WOMBO — Al Art Tool” seçilib.

Yüksək reytinq toplayan daha bir tətbiq “BeReal”dır. Bu proqram insanları filtr və redaktə olmadan “təmiz” fotolar paylaşmağa sövq edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ümumilikdə, aşağıdakı kateqoriyalar üzrə liderlər seçilib:

Həyatı yaxşılaşdırmaq üçün – “The Stigma App”

Planşetlər üçün – “Pocket”

Günlük istifadə üçün – “Plant Parent”

Hər zaman əl altında olması üçün – “Todoist”

Özünüinkişaf – “Breathwrk”

Əyləncə – “PetStar”

Oyunlar seqmentində “Apex Legends Mobile” oyunu seçilib. Digər kateqoriyalar üzrə liderlər aşağıdakılar olub:

Ən yaxşı süjet – “Papers, Please”

İndi-oyun – “Dicey Dungeons”

Multipleyer – “Dislyte”

Planşet üçün ən yaxşı oyun – “Tower of Fantasy”
Xrombuk üçün ən yaxşı oyun – “Roblox”

Qeyd edək ki, bu il “Google” Rusiya üçün reytinq tərtib etməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər