7 C
Baku
Thursday, December 12, 2024

“Google Chrome” operativ yaddaşa qənaət rejimini təqdim edib

“Google” operativ yaddaşa və batareyaya qənaət etmək üçün “Chrome 108” brauzerini buraxıb. Məlumata görə, yeniləmə “Windows”, “macOS” və “ChromeOS” üçün nəzərdə tutulur.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, operativ yaddaşa qənaət rejimini parametrlərdə konfiqurasiya etmək olacaq. Enerjiyə qənaət rejimi isə öz növbəsində fonda brauzerin fəaliyyətini məhdudlaşdırır, animasiyalar və videoların sürəti daxil olmaqla, pəncərələrdəki bütün vizual effektlərin keyfiyyətini azaldır. Beləliklə, bu funksiya noutbukun bir yükləmə ilə iş saatını uzatmağa imkan verir.

Hər iki rejim “Chrome” istifadəçiləri üçün yaxın bir neçə həftə ərzində aktiv olacaq. İstəsəniz, onları özünüz də aktivləşdirə bilərsiniz: enerjiyə qənaət üçün – chrome://flags/#battery-saver-mode-available; yaddaşa qənaət üçün – chrome://flags/#high-efficiency-mode-available.

Son xəbərlər
Digər xəbərlər