14 C
Baku
Sunday, May 5, 2024

“Google Chrome”un dizaynı dəyişəcək

“Google” korporasiyası “Chrome” brauzerinin dizaynını dəyişir, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Yeniləmə bir neçə həftə ərzində hər kəs üçün əlçatan olacaq.

Yenilənmiş brauzerin interfeys elementləri əvvəlki versiya ilə müqayisədə daha yuvarlaq olub. Həmçinin interfeysə əlavə rəng palitraları daxil edilib. Şirkət bildirib ki, dəyişikliklər məzmunun oxunaqlılığını yaxşılaşdırmaq və brauzeri daha fərdiləşdirmək məqsədi daşıyır.

Bundan əlavə, tərtibatçılar zərərli saytların yoxlanılması sistemini təkmilləşdirəcəklər. Brauzer saytları real vaxt rejimində yenilənəcək təhlükəli saytların siyahısı ilə yoxlayacaq. Hazırda bu siyahı hər 30-60 dəqiqədən bir yenilənir.

Brauzer yeniləmələri ilə yanaşı, “Chrome” onlayn mağazasının da görünüşü dəyişəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər