“Google” şirkəti özünün məşhur “Chrome” brauzerinin “Chrome Enterprise Premium” adlı pullu versiyasını istifadəyə verib. O, biznes istifadəçiləri üçün nəzərdə tutulub və veb-sörfinqin təhlükəsizliyini artırmağa yönəlmiş bir sıra funksiyalar təklif edir.
“Chrome”un ödənişli versiyası ilə pulsuz versiya arasındakı əsas fərq təkmilləşdirilmiş təhlükəsizlik sistemidir. “Chrome Enterprise Premium” məlumat sızmalarını izləyən, zərərli proqramları bloklayan və təhlükəli saytlara girişi məhdudlaşdıran daxili süni intellektə malikdir.
Bundan əlavə, brauzerin pullu versiyası sistem administratorları üçün təkmil funksiyalar və antivirus həlləri ilə inteqrasiyanı təmin edir.
Yeniliyi aylıq abunə ilə əldə etmək mümkündür. Qiyməti ayda 6 dollardır.