26 C
Baku
Saturday, July 27, 2024

Google-da işin təşkili haqqında maraqlı nüanslar

1. Google ofisində iş gününün bölgüsü, iş saatları kimi bir anlayış yoxdur. Hər kəs lazım hesab etdiyi anda işə başlayır və lazım bildikdə də işi başa vurur. Başlıca faktor odur ki, proyekt üzərində iş plana uyğun qaydada getsin.

2. Google-a göndərilmiş hər 10 CV-dən yalnız birinin sahibinə HR-xidmətinin əməkdaşları zəng edir və hər edilən 10 zəngdən yalnız bir namizəd müsahibəyə çağırılır. 10 müsahib olmuş namizəddən isə yalnız 1-i işləməyə dəvət olunur. Beləliklə Google-da rəqabət nisbəti 1:1000 edir.

3. Google-da işə düşmək çətindir, amma bu işdən “atılmaq” daha müşkül məsələdir. Kaliforniya ştatının əmək qanunuverciliyi elə qurulub ki, insanı işdən qovmaq – böyük bir problemdir. Yalnız məxfi informasiyanı açıqlamış və yaymış insan dərhal işdən çıxardıla bilər.

Əgər insan öz öhdəliklərini həyata keçirməyi bacarmırsa, ya da ümumiyyətlə heç nə etmirsə, rəhbər əvvəlcə belə bir əməkdaşla söhbət təşkil etməli, ona yardımını təklif etməlidir.

Əgər bir aydan sonra vəziyyət düzəlmirsə, əməkdaşa onu bu situasiyadan “çəkib çıxartmalı olan” kömək ayrılır. Əgər bu da kömək etmirsə, növbəti söhbətlər, xatırlatmalar, xəbərdarlıqlar seriyası başlayır. Belə bir əməkdaş yalnız yarım ildən sonra işdən qovula bilər.

Amma ki, belə məqamlar çox nadir hallarda olur. Birincisi ona görə ki, əməkdaşların seçimi çox hərtərəfli olur və bir neçə parametr əsasında həyata keçirilir (burada xüsusi istedadlı və ya “vergili” tənbəllərə yer yoxdur. İkincisi isə Google-da hökm sürən abı-hava özü insanı məhsuldar işləməyə təkan verir.

4. Google-da başlıca din – “qaraj ruhudur”. Bu dinin öz tanrıları var –Larri və Sergey. Həmçinin dinin özünün müqəddəs artefaktları vardır: korpuslardan birinin girişində həmin qarajdakı server dayanır, məhz həmin serverdə Peyc və Brin ilk Google versiyasını işə salıblar.

Start-up ruhu əməkdaşlarda yetişdirilir – belə ki, hər bir əməkdaş öz vaxtının 20%-ni öz sevdiyi proyekt üzərindəki işə sərf edə bilər, o proyektlər ki, əməkdaşa maraqlı gəlir, baxmayaraq ki, bu layihə onun profilinə heç cürə uyğun deyil. Hətta bu proyektlər tamamı ilə dəlisov olsa belə.

5. Google-şəhərciyinin ərazisində 25 restoran yerləşir, onlar bütün əməkdaşlar üçün pulsuz fəaliyyət göstərir. Burada olduqca fərqli mətbəxtlərə rast gəlmək olar: italyan, meksikan, ərəb, vegeterian, fast-food və s. Əksər əməkdaşlar ofisdə gün ərzində 3 dəfə qidalanır.

6. San-Fransisko və Palo-Altoda işləyən əməkdaşları evlərinə aparmaq üçün xüsusi şatl-avtobuslar fəaliyyət göstərir. O, əməkdaşları ofisdən evə və evdən ofisə aparır. Yeri gəlmişkən ofisdə və ya evdə işləmək seçimi də əməkdaşlara verilir.

 

Son xəbərlər
Digər xəbərlər