28 C
Baku
Saturday, July 27, 2024

Google dünyanın ən çox hörmət olunan kompaniyası kimi öz nüfuzunu itirdi

BMW, Sony və The Walt Disney Company dünyanın ən çox hörmət olunan  kompaniyaları seçildilər,  Reputation Institute tərəfindən tərtib edilmiş, 2012 Global RepTrak 100 reytinqi belə deməyə əsas verir. 

Bir il ərzində dördüncü yerdən zirvəyə yüksəlməyə müvəffəq olmuş alman avtomobil istehsalçısı, ən yüksək qiymət –80,2 9 bal (bu qüsursuz səviyyə hesab olunur) almış və o, əvvəl həmin pillədə yer almış Google (78,05) kompaniyasını sıxışdırıb çıxarmışdır. Bu il Google 6-cı pillədə qərar tutmuşdur.

Qeyd etmək lazımdır ki,  80 baldan yuxarı nəticəni yalnız bir kompaniya göstərə bilmişdir. Bu göstəricidən aşağıda “güclü” nüfuz səviyyəsinə malik kompaniyalar yerləşmişlər. O faktı vurğulamağa dəyər ki, ilk onluğa üç avtokorporasiya daxil olmuşdur ki, onların da hamısı alman kompaniyalarıdır.

Ötən il ikinci sırada yer almış Apple kompaniyası bu ilki reytinqdə 78,05 bal nəticə ilə yalnız beşinci ola bilmişdir. İlk üçlükdə yer almış Sony (79,31) və Walt Disney (78,92) kompaniyaları isə 2011-ci ilin  reytinqində müvafiq olaraq altıncı və üçüncü yerləri tutmuşdu.

Reputation Capital Group-dan olan mütəxəssis açıqlama gətirir ki, texnoloji nəhəngləri daha bir avtomobil istehsalçısı olan Daimler sıxışdıra bilmişdir, şirkət bu il reytinq siyahısında 78,54 balla dördüncü pillədə qərar tutmuşdur.

Ən çox hörmət olunan  kompaniyaların Top-onluğunda, altıncı yerdən onuncu yerə qədər müvafiq olaraq aşağıdakı kompaniyalar düzülür: Microsoft 77,98 balla (ötən il isə 11-ci yer), 77,04 balla Volkswagen (ötən il isə 10-ci yer), 76,98 balla Canon ( keçən il 8-ci yer) və 76,35 balla Lego (ötən il beşinci yer).

Son xəbərlər
Digər xəbərlər