10 C
Baku
Wednesday, December 11, 2024

“Google” istifadəçi məlumatlarının toplanmasına görə 5 milyard dollar cərimələnə bilər

Amerikalılar Ças Braun, Mariya Nguyen və Uilyam Bayett “Google” və “Alphabet” ə qarşı məhkəmə iddiası qaldırıblar. Qeyd edildiyi kimi, onlar şirkətin istifadəçi məlumatlarının toplanmasında günahlandırırlar və 5 milyard dollar kompensasiyanın ödənilməsini tələb edirlər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, İnternetə “inkoqnito” rejimində daxil olduqda “Google Chrome” brauzeri axtarış və digər aktivlik haqqında məlumatları yadda saxlamır. Lakin “Google” məlumatları toplamaq üçün digər alətlərdən istifadə edir – “Google Analytics” və “Google Ad Manager”. Bu alətlər şirkətə istifadəçinin vərdişləri və hobbiləri haqqında məlumat əldə etməyə imkan verir.

Şikayətçilər 1 iyun 2016-cı ildən etibarən “milyonlarla” istifadəçinin “inkoqnito” rejimində istifadə etdiyini qeyd edirlər və şirkətdən adambaşına ən azı 5 min dollar, yəni ümumilikdə 5 milyard dollar kompensasiya ödənilməsini tələb edirlər.

Son xəbərlər
Digər xəbərlər