“Google” şirkəti xüsusi dəstək səhifəsində “Google+” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib. Bu haqda hələ ötən ilin oktyabrında bildirilmişdi, indi isə daha ətraflı məlumat verilib.
Banker.az məlumat verir ki, aprelin 2-dən “Google+” sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər.
“Google+” hesabı bağlandıqdan sonra şəkillər “Google Photos” xidmətindən yoxa çıxmayacaq.
Fevralın 4-dən isə “Google+” şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq.
Yaxın həftələr ərzində “Google+” xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində “Google”un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.
“Google” sosial şəbəkəsi uğursuz layihə olaraq populyarlıq qazanmadı.
©ICTnews.az