“Google” texnologiya şirkəti Yaponiyada yeni Pixel 7 smartfonunu tanıtmaq üçün çipsdən istifadə edir. Ölkə sakinləri dörd ləzzətli daddan ibarət çips ala biləcək. Qeyd edək ki, İT nəhəngi eyni reklam kampaniyasını 2021-ci ildə də keçirmişdi.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
“Google” Pixel 7 smartfonunun spesifik rənginə uyğun gələn dörd dadda çips təqdim edib: “ağ pendir”, “duzlu limon”, “qızılı soğan” və “obsidian bibər”. Beləliklə, Pixel 7 alan iki min Yaponiya vətəndaşına hədiyyə olaraq çips paylanacaq.
Qeyd olunur ki, müsabiqədə iştirak etmək istəyənlər 23 sentyabr tarixinə qədər müraciət göndərməlidirlər.