17 C
Baku
Sunday, May 5, 2024

Google şirkətinin 5 ən möhtəşəm ofisi

Bütün gününü dörd divar arxasında keçirən əksər ofis işçilərindən fərqli olaraq nəhəng Google internet şirkətinin əməkdaşları skuterlərlə əylənir, nahar fasiləsində stolüstü oyunlar oynayır və ofisin yaratdığı çoxlu sayda ağlasığmaz imkanlardan yararlanır.

Google nümayəndələrindən biri New York Times-a verdiyi müsahibəsində bildirmişdi ki, Google şirkətinin yeni ofisi yaradılarkən dizaynerlər qarşısına yalnız bir tapşırıq qoyulur: dünyanın ən rahat və məhsuldar ofisini yaratmaq.

Amsterdam, Hollandiya

i

Yerli D/DOCK studiyası tərəfindən Amsterdamda yaradılmış Google ofisi özündə Hollandiyanın mədəni irsini və vizual zövq tarixini əks etdirir. Şəkildə gördüyünüz bu yer isə konfransların keçirilməsi üçün nəzərdə tutulub.

Tel-Əviv, İsrail

i (1)

Tel-Əvivdə Electra Tower göydələninin 8 mərtəbəsini əhatə edən Google-un İsrail ofisi nağıl qəhrəmanlarının əl işlərini xatırladır. Bu ofisin dizaynı isə Camenzind Evolution şirkətinin Setter Architects və Yaron Tal studiyaları ilə əməkdaşlığı əsasında yaradılmışdır.

Zürih, İsveçrə

i (2)

Google şirkətinin Zürihdə yerləşən ofisində istirahətlə işi eyni anda yaşamaq mümkündür. Xəyalların ofisi dedikdə yəqin ki, məhz bura nəzərdə tutulurdu.

Nyu-York, ABŞ

i (3)

Google şirkətinin Nyu-York ofisi bütün bir şəhər kvartalını əhatə edir. Buradakı konfrans zallarından biri Nyu-Yorkda yerləşən kiçik ailəvi evi xatırladır. Burada şirkət əməkdaşlarının rahatlığı üçün hər şey nəzərdə tutulub.

Mountain View, ABŞ

i (4)

Kaliforniya ştatı Mountain View adlı kiçik şəhərcikdə yerləşən orijinal baş-qərargah Silicon Valley-in tam mərkəzində yerləşir. Şirkətin təcrübəçiləri Googleplex-in sırf bir kollecini xatırlatdığını da vurğulamışlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər