27 C
Baku
Saturday, July 27, 2024

Google sizi izləyir: şirkət milyardlarla tranzaksiya məlumatlarını toplayır

Banker.az xəbər verir ki, indi Google şirkəti onun reklam kampaniyalarının nə qədər satışa səbəb olduğunu təyin edə biləcək.

Bu haqda məlumat elan edildikdən sonra, şirkətin istifadəçilərin şəxsi məlumatlarından istifadə etməsi iddiası ilə şikayətlər yeniləndi. Məlumdur ki, Google şirkəti özünün ən məşhur tətbiqetmələri olan YouTube, Gmail, Google Maps və Google Play-dən istifadə edərək veb-brazueri, axtarış tarixçəsini və istifadəçinin coğrafi yerləşməsini təhlil edir.

Bu yeni imkanın məhz olaraq necə yaradıldığı barədə ətraflı məlumat hələ ki, verilmir. Lakin Google şirkəti bildirib ki, lazımi məlumatı ABŞ-da debet və kredit kartlarının 70% tranzaksiyasına girişi olan partnyor şirkətlər təqdim edəcək.

 

Son xəbərlər
Digər xəbərlər