16 C
Baku
Saturday, April 13, 2024

“Google” smartfon istehsalını Çindən Hindistana köçürür

“Google” öz təchizatçılarına gələn rübdən etibarən Hindistanda Pixel smartfonlarının istehsalına başlamağı tapşırıb. Bu barədə məlumatlı mənbələrə istinadən “Nikkei Asia” yazıb. “Google” bu il cəmi 10 milyon Pixel smartfonu istehsal etməyi qarşısına məqsəd qoyub.

“Nikkei Asia” mənbələrinə görə, “Google” yaxın həftələrdə Hindistanın cənubunda Pixel 8 Pro-nun yığılması üçün istehsal xətləri hazırlayacaq və ikinci rübdə orada bu modelin istehsalına başlayacaq. Pixel 8-in isə ilin ortalarında Hindistanın şimalında istehsala başlayacaq.

İstehsalın genişləndirilməsi sayəsində Hindistanın smartfon bazarı 2023-cü ildə IDC-nin məlumatına görə, 1% artaraq 146 milyon cihaza çatıb. Üstəlik, ilin ikinci yarısında 2022-ci ilin eyni dövrü ilə müqayisədə artım 11% təşkil edib. Eyni zamanda, 2023-cü ildə qlobal smartfon bazarı 4.7% azalıb. Ən böyük smartfon bazarı olan Çində isə 2023-cü ildə 5% azalma müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər