“Google” tətbiqetmə inkişafetdiriciləri üçün komissiyanı 30%-dən 15%-ə endirir.
Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.
“Bu yenilik sayəsində Play vasitəsilə rəqəmsal xidmətlər satan inkişafetdiricilərin 99%-i komissiyanın iki dəfə azaldığını görəcəklər. Onlar qənaət etdikləri vəsaitləri serverlərin həcminin artırılmasına, marketinqə, o cümlədən əlavə işçilərə xərcləyə biləcəklər”, – deyə mesajda deyilir.
“Google” qeyd edir ki, bu sərmayə ilkin mərhələdə xüsusilə vacib olsa da, layihə genişlənməyə davam edir ki, nəticədə əlavə investisiyaya ehtiyac yaranır. Korporasiya “Google Play” vasitəsilə çalışan hər bir tərtibatçının güzəştli komissiyadan yararlana biləcəyini vəd edir.
“Hesab edirik ki, bu, bütün tərtibatçıların müvəffəq olmasına kömək etmək missiyasına uyğun olan ədalətli yanaşmadır”, – şirkət izah edir.
Xatırladaq ki, noyabr ayında bənzər addım “Apple” da atmışdır. Şirkət yanvarın 1-dən “App Store” tərtibatçıları üçün komissiyanı 30%-dən 15-ə endirəcəyini açıqlamışdır. Lakin qərar yalnız illik gəliri 1 milyon dolları keçməyən inkişafetdiricilərə şamil edilmişdir.