Google Translate servisi 10 il ərzində ciddi təkamül dövrü yaşayıb. Hər şey cəmi bir neçə dil ilə başlasa da, hazırda bu sistem özündə 103 dili birləşdirir. İstifadəçilərin sayı isə gündən-günə artmaqdadır.
Servis yaradıcılarının sözlərinə görə, ilk olaraq Google Translate mətnin tərcüməsi üçün statistik modellərdən istifadə edirdi. İndi isə şirkət tərcümə sistemini tamamilə yeni mərhələyə çıxara biləcək təkamül pilləsini təqdim edir. Belə ki, Google şirkəti öz xidmətinə neyron maşın tərcüməsini əlavə etmək üzərində işləyir.
Neyron sistemi cümləni hissələrə bölmək və hər bir sözü ayrılıqda tərcümə etmək əvəzinə cümləni bütünlükdə tərcümə edir. Daha geniş məzmundan istifadə etmək sayəsində kompyuter daha uyğun tərcümə variantı təqdim edəcək. Ən maraqlısı isə odur ki, belə bir sistem zamanla fərdi şəkildə təkmilləşə və istifadəçini daha keyfiyyətli nəticələr ilə təmin edə bilər.
Google artıq 8 dil üçün – ingilis, fransız, alman, ispan, portuqal, çin, yapon, koreya və türk neyron texnologiyalı sınaq variantı yaradıb. Bildirilir ki, bu dillər Google Translate-də bütün sorğuların 35%-dən çoxunu təşkil edir.