12 C
Baku
Sunday, May 19, 2024

Göygöldə sahibkar cərimələnir – Fotolar

Göygölün Qızılqaya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Kazım Camal oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, işçi heyətin xüsusi geyimlə (bone, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar aşkar edilib.

AQTA-dan bildirilir ki, faktlarla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

165815204511533 jpeg

165815210745534 jpeg

16581521153536446 jpeg

1658152127243564 jpeg

Son xəbərlər
 ⁠
Digər xəbərlər