Gözəl danışmağı necə öyrənmək olar

0

Gözəl formalaşmış və səlis nitqi insan dayanmadan, sonsuza qədər dinləmək istər, savadsız və cahil insanın nitqi isə insanı qulaqlarını tutaraq uzaqlara qaçmağa sövq edir.

Bir çox yüksək intellektual səviyyəyə malik olan və mahiyyət etibarı ilə maraqlı şəxslər buna rəğmən öz fikir, hiss və emosiyalarını sözlərlə ifadə etməyə çətinlik çəkirlər. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Amma unutmaq lazım deyil ki, gözəl nitq insana heç də anadangəlmə verilmir, burada heç bir irsi və genetik faktorlar rol oynamır. Onu məşq etdirmək mümkündür və lazımdır. Hətta sizin peşəkar natiq olmaq fikriniz olmasa belə, natiqlik səriştəsi və ünsiyyət bacarıqları bütün həyatınız boyu sizə gərəkli olacaq və sizin inkişafınıza təkan verəcək

Sizə nitqin keyfiyyətini yüksəldəcək bir neçə tövsiyə vermək istərdik:

1) Daha çox müxtəlif ədəbiyyat oxuyun: qəzet və jurnal. Düzdür bugünkü qəzet və jurnalların dili mükəmməllikdən çox uzaqdır. Səlis yazı dili olan yazıçılara üstünlük verin. Təkcə Azərbaycan ədəbiyyatını deyil, tərcümə əsərlərini də oxuyun. Tələsmədən, hər bir cümlə üzərində fikirləşərək oxumaq lazımdır. Bu sizə cümlələri düzgün qurmağa, öz fikrinizi rahat ifadə etməyə və söz ehtiyatınızı artırmağa kömək edəcəkdir.

2) Öz nitqinizdən iki dəqiqədən bir, hər kəlmənin əvvəlində istifadə etdiyiniz parazit-sözləri çıxarmağa çalışın: «yəni», «sadəcə», «misal üçün», «ay da», «şey», «deməli» və s. Nitqdə güclü emosiyaları ifadə etməyə çalışmayın, sadə frazalardan istifadə edin və tələsməyin.

3) Nitqin tempini mütləq izləmək lazımdır. Monoton nitq insanları çox tez darıxdırır. Müəyyən fasilələrə yol verin və mütləq vurğulamaq istədiyiniz məqamları emosiyalar ilə fərqləndirin, lakin güclü olmamaq şərti ilə.

4) Söhbət zamanı müxtəlif metaforalar, bənzətmələr, məsəllər, müqayisələrdən istifadə edin. Bu sizin nitqi nəzərə çarpacaq qədər canlandıracaq. Əlbəttə ki, yumor. Zarafat etmək, həmçinin də özünə gülmək, təbii ki əgər situasiya buna icazə verirsə, heç də zərər törətməz.

5) Öz nitqini məşq etdirmək üçün geniş ünsiyyət əhatəsinə malik olmaq lazımdır. Əhatə yoxdursa radio və televizorda köməyinizə çata bilər. Öz sevimli televiziya aparıcınızı təlqin edə bilərsiniz, onun intonasiyasına uyğun danışmaq və ya cümlə quruluşlarından istifadə etmək olar.

6) Daha bir maraqlı məşq üsulu vardır. Hər hansı bir məişət əşyasını götürün və beş dəqiqə ərzində həmin əşya haqqında bədii üslubda danışmağa, əşyanı təsvir etməyə çalışın. Bu əşya adı bir mətbəx tavası da ola bilər. İlk öncə bu tapşırıq, sizdə müəyyən çətinliklər yaradacaq, amma məşğul olduqca, prosesin hər dəfə necə asanlaşdığını görəcəksiniz. Zaman keçdikcə məşq müddətlərini artırın və mövzunu çətinləşdirin. Bu tapşırıq sizə düzgün sözləri seçməyə kömək edəcək və siz adı bir tava haqqında bir saat danışmağı bacarqcaqsınız.