-1 C
Baku
Sunday, December 15, 2024

Gözdən əlil və zəif görən uşaqlar üçün “Code Jumper” yaradıldı

“Microsoft” şirkəti gözdən əlil və zəif görən uşaqlar üçün fiziki proqramlaşdırma dili təqdim edib. Layihə “Code Jumper” adlanır.

Project Torino Code Jumper Secondary 9648 1290x1280

Banker.az məlumat üçün bildirir ki,  yeni proqramlaşdırma dili müxtəlif formalı blok modullar dəsti və  naqillərdən ibarətdir. Uşaqlar onları müxtəlif kombinasiyalar şəklində birləşdirməklə əhvalat danışan, musiqi bəstələyə bilən, hətta zarafatlar düşünən proqramlar yarada bilərlər.

Zəif görmə qabiliyyətli uşaqların blok modulları bir-birindən fərqləndirməsi üçün onlar kontrast parlaq rəngə malikdir və modulların işlənib hazırlanmasında istifadə edilən xüsusi material blokları əllə bir-birindən ayırmağa imkan verəcək.

Codejumper

Code jumperTorino NWC 9589 1290x1280

Birinci mərhələdə fiziki proqramlaşdırma dili ABŞ, Böyük Britaniya, Kanada, Hindistan və Avstraliya, daha sonra bütün dünyada tətbiq ediləcək.

©ICTnews

Son xəbərlər
Digər xəbərlər