21 C
Baku
Friday, April 26, 2024

Güclü küləyə görə Bakı metrosunun stansiyalarından birinin çıxışı bağlanıb

“Bakı Metropoliteni” QCS-nin “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb.

Bu barədə Banker-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.metro

Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: “İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir”.

B.Məmmədovin sözlərinə görə, proses nəzarətdədir: “Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər