-1 C
Baku
Sunday, December 15, 2024

“Günay Bank”ın fiziki şəxs olan müştəriləri son 3 ayda 14,5 mln. manatlıq əmanəti geri çəkib

“Günay Bank” ASC-nin cəmi aktivləri son üç ay ərzində 4 faiz kiçilməklə 215,41 mln. manata düşüb.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının 2019-cu ilin 3-cü rübü üzrə maliyyə hesabatında deyilir.

Bankın aktivlərinin əsas payçısı olan kredit portfeli 154,21 mln. manat təşkil edib. Hazırda kredit portfeli 3 ay öncəki rəqəmlərlə müqayisədə qismən çoxdur – 2-ci rübdə bu rəqəm 151,59 mln. manat təşkil edirdi. Kredit portfelinin 117,58 mln. manatı biznes üzrə, 2 mln. manatı istehlak və 34,63 daşınmaz əmlak kreditlərinə yönəlik müştərilərə aid edilir.

İlin ilk iki rübü ərzində öhdəliklərində depozitlərin artımı tempinin 3-cü rübə çatanda dayanıb və əksi olaraq 14%-ə qədər azalma baş verib. Yəni bankın həm fiziki həm də hüquqi şəxs olan müştəriləri 13,03 mln. manatlıq əmanətlərini qeyd edilən müddət ərzində geri çəkməli olublar. Əmanətlərin azalmasında əsas pay isə fiziki şəxslərə (fərdi) aid edilir. İlin ikinci yarısında bankın 77,98 mln. manatlıq fiziki şəxslərin “Günay Bank”da əmanətləri var idi 3-cü rübə əsasən isə bu cəmi 63,45 mln. manat (14,53 mln. manat azalma) təşkil edir.

Nəticədə bankın öhdəliklərinin həcmi 2-ci rüblə müqayisədə 161,27 mln. manat olduğu halda azalaraq 152,19 mln. manata yuvarlanıb.

Bankın hazırda cəmi kapitalı 63, 23 mln. manatdır.

434 1

Son xəbərlər
Digər xəbərlər