27 C
Baku
Saturday, July 27, 2024

“Günay Bank” ilin üçüncü rübü ərzində zərər edib

“Günay Bank” ASC 2020-ci ilin üçüncü rübü ərzində, yəni, iyul-sentyabr aralığında zərər etdiyi məlum olub. Bu barədə bankın cari ilin ilk 9 ayının sonuna olan maliyyə hesabatında görmək olar.

Bank açıqlayır ki, cari ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəətin həcmi 247 min manat olub. Bu isə ilin yanvar-iyun ayları üzrə 617 min manat olduğunu nəzərə alsaq, son üç ayda 371 min manat zərər etdiyinin qənaətinə gələ bilərik.

Ümumilikdə ilin ilk 3 rübü ərzinə “Günay Bank”ın faiz gəlirlərinin 9.65 mln. manat (illik müqayisə: 8.4% artım), faiz xərləri 5.87 mln. manat (10.8% azalma), qeyri-faiz gəlirlərinin 5.01 mln. manat (7.1% azalma) və qeyri-faiz xərclərinin həcmi isə 6.46 mln. manat (9.1% artım) olmuşdur. Bununla da bankın əməliyyatı 2.33 mln. manatla tamamlanmış olmuşdur. Bank cari ilin ilk 9 ayı üzrə 2.08 mln. manat mümkün zərərlər üçün məqsədli ehtiyat ayırıb və ilin 9 ayı ərzində 247 min manat xalis mənfəət edib. Bu mənfəət ardından banın balansındakı illərin yığılmış zərəri ilin əvvəlində 2.22 mln. manat olduğu halda, 9 ayın sonuna 2.47 mln. manata qədər düşmüşdür.

743ednc

784u

 

Son xəbərlər
Digər xəbərlər