3 C
Baku
Saturday, December 14, 2024

“Günay Bank” zərərdən ‘yaxa qurtara’ bilmir: yığılmış zərər 2.2 mln. manatı ötdü

“Günay Bank” ASC 2022-ci ilin birinci rübü ərzində yarım milyon üzərində zərər edib.

Bu barədə Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ilin ilk rübündə “Günay Bank” 3.46 milyon manat (2021-ci ilin birinci rübü: 3.38 mln. manat) faiz gəlirləri olmuşdur. Müştərilərdən daxil olan faiz gəlirləri 4.5% azalmaqla 2.61 mln. manata düşüb. Digər gəlirləri isə digər bank və maliyyə institutlarındakı kredit və faizlərin faizləri üzrə daxil olan gəlirlərdir.

Bankın faiz xərcləri ilin birinci rübündə 2.28 mln. manat (2 mln. manat), qeyri-faiz gəlirləri 1.21 mln. manat (2.4 mln. manat) və qeyri-faiz xərcləri isə 2.29 mln. manat (2.39 mln. manat) olub. Gəlirlərin azalması bankın əməliyyat mənfəəti 101.73 min manat olub. Öncəki ildə bu 1.4 mln. manat idi.

Bank 492.39 min manatlıq mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırması nəticəsində zərəri 390.66 min manat olub. Buradan da 186.6 min manat gəlir vergisi xərci zərərini 577.46 min manata qədər artırıb.

Bu zərər nəticəsində “Günay Bank”ın balansındakı yığılmış zərəri 1.65 mln. manatdan 2.23 mln. manata yüksəlib.

3213123213123123213

XATIRLATMA

“Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64.9 milyon manatdır. Bankın səhmlərinin 52.13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40.05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71.94%-lik səhmdarı), 2.67%-i Günay İldırımzadəyə, 2.31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11.45%-lik səhmdarı), 1.12%-i Samir Cəfərova, 1.1%-i Mahir Xəlilova, 0.63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər