21 C
Baku
Monday, April 29, 2024

“Günay Bank”ın əmanətçilərinə 35.12 milyon manat kompensasiya veriləcək

“Günay Bank” ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir.

Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev bildirib.

Onun sözlərinə görə, “Günay Banık”ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi: “Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir”.

T. Piriyev həmçinin qeyd edib ki, “Günay Bank”la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur.

“Əgər “Günay Bank”ın kreditorları bir yerə toplanıb komitə yaratmaq istəsə biz əlbəttə bunu dəstəkləyəcəyik”, – o əlavə edib.

İcraçı direktor vurğulayıb ki, sığortalanmamış əmanətlərin qaytarılması qanunvericiliyə uyğun olaraq tənzimlənəcək: “Günay Bank”da birinci olaraq bütün sığortalanmış əmanətlər veriləcək. Bundan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin mayın 16-da “Günay Bank”ın məcmu kapitalının müəyyən edilmiş tələbdən – 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək “Banklar haqqında” qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər