16 C
Baku
Wednesday, April 17, 2024

“Günay Bank”ın lizinq şirkəti adını dəyişdirib

Daha bir “Günay” da bu bazrda bu brendlə fəaliyətini dayandırmış olub.

Banker.az xəbər verir ki, lisenziyası ləğv edilmiş “Günay Bank” ASC-nin 100% səhmdarı olduğu “Günay-Lizinq” MMC rebrendinq edib.

Lizinq şirkəti bundan sonra “Şirvan Lizinq” MMC kimi adlandırılacaq.

Şirkətin direktoru Rəşad Hüseynzadə Elçin oğlu şirkətin direktorudur. O, bu şirkətə 2019-cu ilin yayında təyin edilmişdi.

Lizinq şirkətinin 100 000 manat nizamnamə kapitalı var və əvvəlki ünvanda (Günay Bank da bu ünvanda qeydiyyatda idi) –  Bakı şəhəri Səbail Rryonu, Zərgərpalan, ev 5, m. 4-də fəaliyətini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda aktivlərinin həcminə görə aşağı sıralarda yer alan “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilmişdi. “Günay” brendləri üçün ana şirkət sayılan bu bankın lisenziyadan məhrum olma səbəbi kapital çatışmazlığı əsas gətirilmişdi.

Bankın tərkindən sonra aktivlərinin böyük hissəsi bu bankda olan “Günay Sığorta” ASC-nin də lisenziyası ləğv edilməklə sığorta bazarını tərk edib.

Beləliklə, böyük hissəsi Mahmud Məmmədova məxsus olan “Günay” brendləri adını tarixə yazdırmış olur.

 

Son xəbərlər
Digər xəbərlər