11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Günay Sığorta” işçilərinin sayını 39 nəfər artırıb

2020-ci ilin ikinci rübündə “Günay Sığorta” ASC-nin işçilərinin sayı 39 nəfər artaraq 128 nəfər olub.

Banker.az bu barədə sığorta şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.

“Günay Sığorta”nın 2020-ci ilin birinci rübündə işçilərinin sayı 127 nəfər ikən, 2-ci rübündə 128 nəfər təşkil edib.

Öətn ilin birinci və ikinci rübündə isə sığorta şirkətinin işçilərinin sayı 89 nəfər olub. Belə ki, illik müqayisədə “Günay Sığorta” şirkətinin işçilərinin sayı 39 nəfər artıb.

Qeyd edək ki, “Günay Sığorta” 2020-ci ilin birinci yarısını 629 min 834 manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər
X