3 C
Baku
Sunday, March 2, 2025

Günay Sığorta-nın rəhbərliyi təsdiqlənib

“Günay Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub.

Şirkətdən mənbəyə verilən məlumata görə, İdarə Heyətinin sədri Həsən Bədəlov yenidən Müşahidə Şurasının üzvü seçilib. “Günay Sığorta” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarı əsasında Axundov Eldar Fikrət oğlu “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini və sədri vəzifələrini müvəqqəti icra edən təyin edilib.

Şirkətdən o da bildirilib ki, bununla bağlı məlumat Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” qanununun 38.3-cü bəndinə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına göndəriləcək.


Mənbə: Fins.az

Son xəbərlər
Digər xəbərlər