10 C
Baku
Şənbə, Noyabr 27, 2021

“Günay Sığorta”nın maliyyəsinə nəzarət edən şəxslərindən biri də bilindi – TƏYİNAT

“Günay Sığorta” ASC-nin Təftiş Komissiyasının yeni üzvi seçilib.

Banker.az xəbər verir ki, bu Səlimov Dövlət Fərman oğludur.

Bununla da cari üzvlərin sayı ikiyə yüksəlib.

Hazırda Təftiş Komissiyası sədrsizdir.

Təftiş Komissiyasının sığorta şirkətində səlahiyyəti audit strategiyasını və siyasətini müəyyən edir, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək, səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Son xəbərlər
Oxşar xəbərlər
X