11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Günay Sığorta”nın sədri işdən çıxıb – Foto

“Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Aqşin Cahangirov vəzifəsini tərk edib.

Bu barədə şirkətə istinadən xəbər verilir.

Məlumata görə, onun müvəqqəti olaraq İH-nin üzvü Gülnarə Cavadova əvəz edir.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

37e37253 7aeb 362b 9e57 04e905f41695

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər