-1 C
Baku
Sunday, December 15, 2024

“Günaybank” maliyyə nəticələrini açıqlayıb

“Günaybank”ın 2019-cu ildə xalis mənfəəti 2 milyon 174 min manat təşkil edib. 2018-ci ili isə “Günaybank” 1 milyon 289 min manat xalis mənfəətlə başa vurmuşdur. Bu da illik müqayisədə bankın xalis mənfəətinin 2 dəfəyə yaxın artması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2019-cu ildə “Günaybank”ın cəmi aktivləri 215 milyon 757 min manat olub. Belə ki, bankın cəmi aktivləri illik müqayisədə 13% artıb. Bankın müştərilərə verdiyi kreditlər isə 2018-ci ilin analoji dövrüylə müqayisədə 9% artaraq 158 milyon 916 min manat təşkil edib.

“Günaybank”ın 2019-cu ildə depozit portfeli isə illik müqayisədə 16% artaraq 81 milyon 569 min manata çatıb .

2019-cu ilin dekabr ayında bankın cəmi öhdəlikləri 2018-ci ilin müvafiq dövrüylə müqayisədə 17% artaraq 151 milyon 380 min manat, cəmi kapitalı isə 5% artaraq 64 milyon 376 min manat təşkil edib.

“Günaybankın” 2019-cu ildə faiz gəlirləri 12 milyon 70 min manat, faiz xərcləri 8 milyon 820 min manat, qeyri-faiz gəlirləri 8 milyon 461 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 370 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 21 milyon 457 min manat ayrılıb ki, bu da bankın ili xalis mənfəətlə başa vurmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər