22 C
Baku
Friday, April 26, 2024

Gündəlik həyatımızı dəyişən şirkətlər

Apple

Şirkətin yaradıcısı Stiv Jobs əbəs yerə dünyanı dəyişən insan kimi məşhur deyil. Maraqlıdır ki, şirkət heç də mövcud olmayan bir yenilik yaratmasa da, artıq mövcud olan ideyaları daha da inkişaf etdirərək mümkünsüzə imza atmışlar. İlk əvvəl Apple şirkəti fərdi kompüterləri adi istifadəçilər üçün daha da əlçatan etdi. Daha sonradan şirkətin cəhdləri sayəsində yeni-yeni kompüterlər, smartfonlar, planşetlər yaradıldı. Bununla da şirkət insanların həyatını dəyişmək yolunda yeni bir addıma imza atdı.

Ford

Henri Ford avtomobil ixtira etməsə də, yeni bir konsepsiya yaratdı. Bu konsepsiya sayəsində orta gəlirə sahib insanlar da sükan arxasına əyləşə bildi. Onun yaratdığı modellər qeyri-standart qərarların şirkətin taleyini necə dəyişməsinə ən bariz nümunə oldu. Burada söhbət kiçik Ford T avtomobilindən gedir. Bundan sonra dünyada əfsanəvi Volkswagen Beetle, Citroen 2CV kimi avtomobillər yarandı.

Google

Hazırda bütün dünya Sergey Brin və Larri Padge-in yaratdığı nəhəng axtarış sistemindən geniş şəkildə istifadə edir. Lakin onlar tək bu yeniliklə kifayətlənməmişlər. Burada həmçinin mobil əməliyyat sistemi Android-in yaradılması faktını da qeyd etmək lazımdır. Bu əməliyyat sisteminin yaradılması ilə smartfon və planşetlərdən istifadə genişləndi. Google şirkətinin nailiyyətləri və yenilikləri tək bununla bitmir və şirkət çox müxtəlif istiqamətlərdə öz yeniliklərini yaratmaqda davam edir. Bura isə gerçəkliyi əks etdirən eynəyin və sürücüsüz hərəkət edə bilən avtomobilin yaradılmasını göstərmək olar. Bu və bir çox digər nailiyyətlər insanların gündəlik həyatını rahatlaşdırmaqla yanaşı, dövlətlərin iqtisadiyyatına da xeyli gəlirlər qazandırırlar.

McDonald’s

Müasir dünyanı tez qidalanma mədəniyyəti olmadan təsəvvür etmək çətindir və bu məhz bu şirkət sayəsində yaranıb. McDonald’s restoranlar şəbəkəsi demək olar ki, hazırda dünyanın hər bir yerində mövcuddur və inkişaf etməkdə davam edir.

Microsoft

1975-ci ildə Bill Gates və Pol Allen tərəfindən yaradılmış Microsoft şirkətinin yeni nailiyyətlərindən adi insanlarla yanaşı, digər kompüter istehsalçıları da istifadə edirdilər. Bu gün məhz Windows bazarda liderlik edən əməliyyat sistemidir. Məhz onun sayəsində bir çox proqram təminatı yaradılır. Şirkətin əldə etdiyi nailiyyətlər sırasında MS Office paketini də qeyd etmək lazımdır ki, bunlar hazırda əsas ofis proqramları hesab edilir.

Sony

Belə bir siyahı tərtib etdikdə buraya Sony şirkətini əlavə etməmək mümkün deyil. Bu dünyaca məşhur şirkətlərdən biridir və onun səyləri nəticəsində cəmiyyət bir sıra yeniliklərlə tanış olub. Şirkət bir vaxtlar Walkman player-ini yaratmaqla musiqini hamı üçün əlçatan etmişdi. Lakin çox təəssüflər olsun ki, o bu zəfərini uzun müddət qoruyub saxlaya bilmədi və öz yerini daha populyar brend olan iPod-a verdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər